Ağsu və Kürdəmirdə qaz təchizatında fasilə yaranacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt” yüksək təzyiqli magistral qaz kəmərinin yeni tikilmiş hissənin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı iyulun 5-i saat 09:00-dan etibarən iyulun 7-də işlər başa çatanadək “Ağsu” və “Kürdəmir” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir işləri görülməsi nəzərdə tutulan 3 gün müddətində Ağsu rayonunun (Ağsu şəhəri daxil olmaqla, rayonunun 48 kəndi və 205 qeyri-yaşayış sahəsi) və Kürdəmir rayonunun (Kürdəmir şəhəri daxil olmaqla, rayonun 19 kənd,1 qəsəbə və 204 qeyri-yaşayış sahəsi) böyük hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

 

Əvvəlki məqalə

Almaniya XİN başçısı Rusiyanı “təhlükəsizliyə ən böyük təhdid” adlandırıb

Sonrakı məqalə

Aİ Çinin elektrikli avtomobillərinə 37,6 faizlik rüsum tətbiq etdi