Ağsuda 3 yaşlı uşaq su quyusuna düşərək ölüb.
Hadisə Ağsu rayon Gegeli kəndində qeydə alınıb.
Kənd sakini 2020-ci il təvəllüdlü O.Əlizadə Ziyad oğlu həyətdə oynayarkən mal-qaranın su içməsi üçün nəzərdə tutulan su quyusuna düşərək ölüb. (APA)