Ağsuda bələdiyyə sədri icra başçısını məhkəməyə verib –30 min manat təzminat tələb edir

Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tanınmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru Fariz Xəllili Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu məhkəməyə verib.

Azpost.info bildirir ki, bu barədə Belediyye.info məlumat yayıb.

Fariz Xəlilli şikayətində yazıb ki, icra başçısı Rövşən Bağırov yerli sakinlərlə səyyar görüşü zamanı ona bələdiyyə sədri kimi  öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirməsinə mane olub, seçiciləri qarşısında şərəf və ləyaqətini alçaldıb.

Səyyar görüşün Ağsu rayonu İcra Hakimiyyətinin videolentə alındığı bildirən sədr məhkəmədən montajsız video yazınını prosesə təqdim olunmasını xahiş edib.

Sədrin fikrincə səyyar görüşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) şərəf və ləyaqəti seçiciləri qarşısında alçaldılıb.

Bələdiyyə sədri mənəvi zərərə görə icra başçısından 30 min manat tələb edir.

25 noyabr tarixində şikayətlə bağlı məhkəmənin  ilk hazırlıq iclasının keçirilməsi nəzərdə tutulur.

Əvvəlki məqalə

“İndi dayanmasalar, bu, Ukraynanın tam məhvi olacaq”

Sonrakı məqalə

“Birləşmiş Ştatlar Çini təhdid deyil, əsas çağırış kimi görür”