Ağsunun bu gün işdən çıxarılan başçısı:“70 yaşım var. İş olsa, işləyəcəm..."

Prezident İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.

Digər sərəncamla, bundan sonra eks icra başçısının səlahiyyətlərini Vahid Tağıyev yerinə yetirəcək.

Maraqlıdır, işdən çıxarılma xəbərini sabiq icra başçısı necə qarşıladı? Redaktor.az-a açıqlama verən sabiq başçı xəbərə çox müsbət yanaşdığını deyib:

Allah prezidentimizin canını sağ eləsin. Bundan sonra məqsədim ancaq dövləti və dövlətçiliyi qorumaq, Prezidentin arxasınca getmək, onun tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək olacaq. Mənim 70 yaşım var. İş olsa, işləyəcəm, olmasa da, eybi yox. Ancaq qəlbən cənab prezidentə dəstək nümayiş etdirəcəm”.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir