Aİ İranın silah istehsalçısına qarşı sanksiyalar tətbiq edib

Aİ İranın silah və PUA istehsal edən SEPAH Elmi İnkişaf və Cihada Dəstək Mərkəzinə sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, mərkəzin Ukraynadakı münaqişədə Rusiyaya, eləcə də Qırmızı dəniz bölgəsindəki silahlı qruplara dəstək verdiyi bildirilir.

“Bu mərkəz İran PUA-ları və raketlərinin inkişafı ilə bağlı tədqiqat, istehsal və satınalma ilə məşğul olub. Bu təşkilat İran pilotsuz təyyarələrinin Rusiyaya, eləcə də Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplara ötürülməsində iştirak edir”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Avro-2024:

Sonrakı məqalə

ABŞ səfiri Rusiya XİN-ə çağırılıb