“Aİ-ni Tayvan məsələsində ehtiyatlı olmağa çağırırıq”- Çin XİN

“Avropa İttifaqı ölkələri Tayvan məsələsi ilə bağlı sözdə və əməldə diqqətli olmalıdırlar”.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin Avropa parlamentarilərindən ibarət nümayəndə heyətinin adaya səfərini şərh edərkən deyib.

“Biz Avropa İttifaqı ilə Tayvan arasında istənilən rəsmi ünsiyyət formasına qəti şəkildə qarşıyıq. Qurumu “Vahid Çin” prinsipinə tam əməl etməyə, Tayvan məsələsində söz və hərəkətlərdə ehtiyatlı olmağa çağırırıq”, – Nin bildirib.

O, həmçinin qeyd edib ki, Avropa Parlamenti Aİ-nin rəsmi orqanı kimi “Vahid Çin” prinsipinə riayət etməlidir.

Azpost.info

Əvvəlki məqalə

MEDİA qəzetlərə və saytlara maliyyə yardımı ayırıb –

Sonrakı məqalə

ABŞ Rusiya təsirinə qarşı mübarizəyə 300 milyon dollar ayıracaq