Aİ-nin Monitorinq Missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib.

Bu barədə Monitorinq Missiyasının “X” hesabında bildirilib.

“Aİ-nin Ermənistandakı Monitorinq Missiyası hərbi və təhlükəsizlik sahəsində baş verən hadisələr barədə məlumat vermək üçün Ermənistan-Azərbaycan sərhəd xəttində, həmçinin Zod kəndi yaxınlığında patrul xidmətini gücləndirib. Biz mandatımıza sadiqliyimizi və vəziyyətin sabitləşməsinə töhfəmizi bir daha bəyan edirik”, paylaşımda qeyd olunub(apa).

Əvvəlki məqalə

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb

Sonrakı məqalə

Paşinyan Müstəqillik Günü ilə bağlı təbrikində Qarabağın adını çəkməyib