Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə missiyanın yerləşdirilməsini müzakirə etmək üçün bu gün İrəvana texniki qrup göndərəcək.
Azpost.info xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan məlumat verib.
“Bu məsələlər hələ də müzakirə olunur. Bu gün Avropa İttifaqından texniki qrup gələcək. O da Aİ-nin faktaraşdırıcı missiyasının hansı meyarlara uyğun yerləşdirilməli olduğunu müzakirə edəcək”, – Ovannisyan deyib.
KTMT missiyasının Ermənistana göndərilməsinin mümkünlüyünə toxunan nazir müavini bildirib ki, İrəvan ölkənin təhlükəsizliyini gücləndiriləcək bütün təkliflərə açıqdır.
Azpost.info