Rusiyaya qarşı 12-ci sanksiyalar paketi təsdiqlənib- Hansı məhdudiyyətlər olacaq?

Sankisya
Sankisya

Avropa liderləri Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin şərtlərini razılaşdırıblar.

Azpost.info xəbər verir ki, Avstriyanın hələ də bəzi texniki etirazları var, lakin onlar həll edildikdən sonra qərar rəsmiləşəcək.

Bu barədə sammitdəki vəziyyətlə tanış olan bir neçə şəxs “Bloomberg”ə bildirib.

Əsas tədbirlərə Rusiya nefti üçün “tavan həddi”nə riayət olunmasına nəzarətin gücləndirilməsi, Rusiyadan almaz idxalına embarqonun tətbiqi və onun silah istehsalında istifadə etdiyi maşın, avadanlıq və komponentlərin ixracına qadağa daxildir.

Rusiya neftinin satışına daha yaxşı nəzarət etmək və bir barel üçün 60 ABŞ dolları həddinə riayət olunmasını təmin etmək üçün Aİ xüsusilə öz maliyyə xidmətlərindən istifadə edən ixracatçılardan tədarüklə bağlı xərclərin daha yaxşı açıqlamasını tələb edəcək. Bundan başqa, tankerlərin satışı və ya ixracı üçün təsdiq tələb edən bildiriş sistemi tətbiq ediləcək.

Brilyantlara gəldikdə, Aİ G7 ölkələri tərəfindən bu yaxınlarda təsdiqlənmiş razılaşmalara əməl edir. Rusiyadan birbaşa tədarüklərə embarqo 2024-cü ilin əvvəlindən qüvvəyə minməli, ardınca üçüncü ölkələr vasitəsilə satınalmalara tədricən məhdudiyyətlər və emal olunmamış almazların izlənilməsi sistemi tətbiq edilməlidir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.