Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.
Azpost.info xəbər verir ki, bu barədə Aİ Şurasının qətnaməsində deyilir.
Qurumun rəsmi jurnalında dərc olunan qətnaməyə əsasən, məhdudlaşdırıcı tədbirlər 24 fevral 2025-ci il tarixinədək qüvvədə olacaq.
“2022-ci il tarixli 266 nömrəli qərara uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin müddəti daha 12 ay – 24 fevral 2025-ci il tarixinədək uzadılsın”, – sənəddə qeyd olunur.
Söhbət Donetsk və Luqansk “respublikalarının”, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsindən sonra tətbiq edilən sanksiyalardan gedir. Eyni zamanda, Aİ zərurət yaranarsa, Moskvaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin görülməsini də istisna etməyib.
Azpost.info