Aİ Ukraynaya yardımı ABŞ-ın iştirakı olmadan müzakirə edəcək

ABŞ-ın yeni administrasiyası Donald Trampın hakimiyyətə gəlməsi ilə Kiyevi dəstəkləməkdən imtina edərsə, Avropa İttifaqının 27 üzv ölkəsinin başçıları Ukraynaya yardımı müzakirə etmək niyyətindədirlər.

Azpost.info xəbər verir ki, bu barədə TASS-a Aİ yetkilisi bildirib.

Müzakirənin aparılacağı sammit dekabrın 19-da baş tutacaq.

Liderlər yeni administrasiyanın Ukrayna ilə bağlı nə edəcəyini proqnozlaşdırmaq istəyirlər.

Daha əvvəl Aİ nümayəndəsi bildirmişdi ki, qurum gələn il Ukraynaya 30 milyard avro yardım etmək istəyir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.