“Sanksiyalara görə Rusiya neftdən sutkada 170 milyon dollar itirir” - "Bloomberg"

Avropa İttifaqının (Aİ) sanksiyaları və Rusiya neftinin qiymətinə tavan tətbiq etmək qərarı Moskvanı gündəlik 172 milyon dollar gəlirdən məhrum edir.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Tezliklə qüvvəyə minəcək əlavə məhdudiyyətlərlə bu rəqəm sutkada 280 milyon dollara yüksələcək.

Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) araşdırmasına görə, embarqo və qiymət tavanı fonunda Rusiyanın qalıq yanacaq ixracından əldə etdiyi gəlirlər əhəmiyyətli dərəcədə azalıb. Qərbin atdığı addımlar Rusiyanın xam neft ixracından əldə etdiyi gəlirlərin 32 faiz azalmasına səbəb olub. Bununla belə, Rusiya hələ də ümumi qalıq yanacaq ixracından gündə 640 milyon avro gəlir əldə edir.

Eyni zamanda, fevralın 5-də Aİ-nin Rusiya neft məhsullarına embarqosu qüvvəyə minəcək. Bundan sonra Rusiya iqtisadiyyatının gündəlik itkiləri artacaq. Ekspertlərin fikrincə, xam neft və neft məhsullarına qoyulan embarqo, eləcə də Rusiya neftinin qiymətinin yuxarı həddi Rusiyanın enerji resurslarının satışından əldə etdiyi gəlirlərin sutkada  280 milyon dollar azalmasına səbəb olacaq.

Azpost.info

Əvvəlki məqalə

31 il əvvəl Marqaret Tetçeri Bakıda Qız Qalasına kim aparıb? –

Sonrakı məqalə

Altımərtəbli binada yanğın davam edir –