“Ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır” –Misir Mərdanov TV-ləri tənqid etdi

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov televiziyaları tənqid edib.

“Report”un xəbərinə görə, o, ağsaqqallar və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən deyib ki, televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır.

“Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdır. Bu məsələlər diqqətdə saxlanılmalıdır”, – M.Mərdanov bildirib.

Əvvəlki məqalə

Şəfiqə Məmmədovanın sədri olduğu Kino İttifaqı iclas keçirib-

Sonrakı məqalə

MİDA-nın mənzillə bağlı seçiminin nəticələri ləğv edildi –