Aktyor Uill Smitə “Oskar” mərasimlərində iştirak qadağan edildi

ABŞ Kino Akademiyası məşhur aktyor Uill Smitə tədbirlərində iştirakınıa 10 il müddətinə qadağan edib.

Azpost.info bildirir ki, bu barədə Akademiyanın mətbuat xidməti məlumat yayıb.  Buna səbəb onun martın sonunda keçirilən Oskar mükafatnın təqdimat mərasimində Smitin aparıcıya hücum etməsi olub.

“Bu gün (Kino Akademiyasının) İdarə Heyəti 8 aprel 2022-ci il tarixindən başlayaraq 10 il müddətinə cənab Smitin həm şəxsən, həm də virtual formatda Kino Akademiyasının bütün tədbir və proqramlarında, o cümlədən Akademiyanın mükafatlandırma mərasimində iştirakını qadağan etmək qərarına gəlib”– deyə məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Uill Smit öz təşəbbüsü ilə kino Akademiyasını tərk etməsi barədə bəyanat yaymışdı.

Sonuncu Oskar mərasimində o, səhnəyə çıxaraq həyat yoldaşı haqqında yersiz zarafat edən aparıcı Kris Roku  sillə ilə vurmuşdu.

Əvvəlki məqalə

Bayden Rusiyadan qaz idxalını qadağan edən qanunu imzalayıb

Sonrakı məqalə

3 ayda təbii qaz itkisi 7,6 faiz təşkil edib