1992-ci ildə Azərbaycan ərazilərinin işğalı zamanı ermənilərin Şuşa şəhərinin girişində “özlərinin qələbə rəmzi” kimi qoyduqları tank demontaj edilib.
Tank Bakıya Hərbi Qənimətlər Parkına gətirilib.
Hazırda ekspozisiya nümayiş olunması üçün parkda quraşdırılır. Artıq indidən tamaşaçılar tanka baxmaq üçün Parkı ziayarətə gəlir.
Qeyd edək ki, tank işğalçı qüvvələrin Şuşa şəhərinə hücumu vaxtı şəhərə girməyə çalışan birinci tank olub.
Həmin 442 nömrəli tankı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov vurub.
Birinci Qarabağ müharibəsindən sonra Şuşaya doğru irəliləyən bu yanmış tank bərpa olunaraq “abidə” kimi şəhərin girişində qoyulub(apa).