Alek Bolduin kinooperator Qalina Hatçinsi qəsdən öldürməkdə ittiham olunur

Amerikalı aktyor Alek Bolduin film çəkilişi zamanı tapança ilə kinooperator Qalina Hatçinsi qəsdən öldürməkdə ittiham olunur.

Bu barədə CNN məlumat yayıb.

Nyu-Meksiko Ştat Prokurorluğu aktyor Alek Bolduini “Rust” filminin çəkiliş meydançasında kinooperator Qalina Hatçinsi qəsdən öldürülməsi haqqında ittiham irəli sürüb.

Həmçinin silahlara cavabdeh olan Hannı Quteres-Ridə qarşı da oxşar ittihamlar irəli sürülüb.

Qeyd edək ki, 2021-ci ilin 21 oktyabrında Bolduin Nyu-Meksikoda “Rust” filminin çəkilişləri zamanı atəş açaraq kinematoqraf Qalina Hatçinsi öldürüb.

Hadisəni törədən aktyor özü könüllü surətdə polisə təslim olub.

Əvvəlki məqalə

İran Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı sənədlərin qəbuluna mane olub

Sonrakı məqalə

Zakir Həsənov Türkiyəyə səfər edəcək