Alek Bolduinin film çəkilişi zamanı atəş açması nəticəsində operator ölüb

ABŞ-da aktyor Alek Bolduinin baş rolda oynadığı “Pas” (Rust) filminin çəkilişi zamanı senariyə uyğun olaraq atışma səhnəsində silahlara doldurulmuş patronlar döyüş qabiliyyətli olub.

APA “TMZ” portalına istinadən xəbər verir ki, səhnələşdirilmiş atışma zamanı filmi lentə alan operator və rejissor güllə yarası alıb.

Santa Fe polisindən bildirilib ki, hadisə Nyu Meksikoda çəkiliş meydançasında baş verib: “Aktyorların atəş açdığı silahlar səhvən boş patronlardan deyil, həqiqi, döyüş qabiliyyətli patronlarla doldurulub. Çəkiliş zamanı iki nəfər güllə yarası alıb”.

Güllələrdən biri rejissorun körpücük sümüyünü zədələyib. Digər yaralı – xanım operator isə sanitar aviasiya vasitəsilə xəstəxanaya aparılıb. O, aldığı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, filmin qəhrəmanı Bolduin xəsarət almayıb.

Çəkilişlər müvəqqəti dayandırılıb. Polis araşdırmaya başlayıb.

***

ABŞ-da film çəkilişi zamanı çəkiliş qrupuna atəşi baş rolun ifaçısı, məşhur Hollivud aktyoru Alek Bolduinin açdığı məlum olub.

“Santafenewmexican.com” saytının verdiyi məlumata görə, aktyor filmin çəkilişi zamanı çəkiliş qrupuna çəkiliş üçün nəzərdə tutulan rekvizit tapançadan atəş açıb. Nəticədə filmin operatoru ölüb, rejissoru yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda ər arvadını məftillə boğaraq qətlə yetirib

Sonrakı məqalə

Valyuta məzənnələri