Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər nazirinin şikayəti ilə bağlı qərar verib

Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı müraciətinə baxılıb.

APA xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunaraq rədd olunub.

Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib. Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.