Ali Məhkəmənin sədri təyin edilən İnam Kərimov kimdir? –-DOSYE

Prezident İlham Əliyevin bu gün imzladığı sərəncamla İnam Kərimov Ali Məhkəmənin sədri təyin edilib.

İnam Kərimovun dosyesini təqdim edirik:

İnam Kərimov 1977-ci il iyunun 6-da Bakıda anadan olub. Orta təhlsini Pişəvəri adına Humanitar fənnlər Gimnazisyasında alıb. 1994-95-ci illərdə ABŞ-ın İndiana ştatının Rişmond Orta məktəbində təhsilini davam etdirib.

1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb.

2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə elə həmin universitetdə hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.

2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə isə baş məsləhətçi vəzifələrində çalışıb.

2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.

Prezident İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli 2426 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib. 

Dövlət  başçısının 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı ilə İnam Kərimov Kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

O, bu gün Milli Məclisin qərarı ilə Ali Məhkəmənin hakimi təyin olunub.

Əvvəlki məqalə

“Putin NATO-nun “qapısını örtmək” istədi, daha çox NATO ilə qarşılaşdı”

Sonrakı məqalə

Daha bir partiya VHP-yə birləşir