“Alibaba”nın sahibi 3 aydan sonra üzə çıxdı –Sərvəti 1 milyard dollar artdı

Alibaba”nın təsisçisi Cek Ma üç ay ərzində ictimaiyyət qarşısına ilk dəfə çıxdıqdan sonra sərvəti 1,4 milyard dollarlıq artıb.
BiznesMedia“Forbes Real-Time” reytinqinə istinadən xəbər verir ki, hazırda o, 62 milyard dolların sahibidir. İnvestorları sakitləşdirmək üçün qısa video kifayət edib. “Alibaba Group”un bazar dəyəri isə 58 milyard dollar artıb.
Qeyd edək ki, milyarder 24 oktyabrdan bəri ictimaiyyət qarşısına çıxmırdı. O, ictimaiyyət qarşısına çıxmağı  Şanxaydakı çıxışı zamanı Çin dövlət banklarını və iqtisadi tənzimləyiciləri lombardlarla müqayisə edərək tənqid etdikdən sonra dayandırıb. Yanvar ayında milyarder öz şousu olan “Africa’s Business Heroes”də  münsiflikdən də çıxmışdı.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Erkin Qədirli Aleksey Navalnının azadlığını tələb edən müraciəti imzalayıb –

Sonrakı məqalə

Azərbaycan əsgəri minaya düşərək şəhid olub