Naməlum bir qurd növü Sibirin əbədi donunda on minlərlə il yaşayıb. Şimal-Şərqi Sibirdən Kolımanın aşağı axarında toplanmış torpaq nümunələrində qədim nematod qurdu tapılıb.
Azpost.info bildirir ki, “PLOS Genetics” jurnalında dərc edilən araşdırmaya görə, o, yerin 40 metr dərinliyində gizlənibmiş. Təhlillər tapıntının soxulcanın təxminən 46 min il yaşı olduğunu göstərib. Bütün bu müddət ərzində qurd uzunmüddətli “qış yuxusunda” – kriptobiozda idi.
Nematod elm üçün yeni bir növə aiddir. Bu qurd nümunələrinin tapıldığı yerə görə ona “Panagrolaimus kolymaensis” adı verilib.
Alimlər laboratoriyada nematod qurdunu həyata qaytara biliblər.
Bu kiçik qurd rekordçu adına iddialıdır. Soxulcan digər çoxhüceyrəli orqanizmlərdən daha uzun müddət kriptobioz vəziyyətində qalıb.