Aktiv cinsi həyat sağlamlığınız üçün faydalıdır. Bu nəticəyə araşdırma aparan bir qrup amerikalı alim gəlib.
Azpost.info bildirir ki, endokrinoloq Zuxra Pavlova nəticələrə diqqət çəkib. O, Telegram-da alimlərin hesabatından sitat gətirdiyi yazı dərc edib.
Mütəxəssislər müntəzəm cinsi əlaqənin ürək-damar sistemi xəstəliklərindən qoruya biləcəyi qənaətinə gəliblər. Həftədə bir dəfədən az cinsi münasibətdə olmaq ölüm riskiniz 70% artacaq. Depressiyadan əziyyət çəkən insanların cinsi əlaqədə olmadıqları təqdirdə vaxtından əvvəl ölmə ehtimalı aktiv olanlara nisbətən 197% daha yüksəkdir. Bundan əlavə, yaxınlığın olmaması orqanizmdə iltihabın markeri hesab edilən C-reaktiv zülalın səviyyəsini artırır.
Ancaq bu tapıntılar yalnız qadınlara aiddir – kişilər arasında belə əlaqələr müşahidə edilməyib.
Pavlova əlavə edib ki, müntəzəm cinsi münasibət həm də stress səviyyəsini azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, immunitet sistemini gücləndirir və yuxu keyfiyyətini yaxşılaşdırır. Həmçinin idrak funksiyasını yaxşılaşdırır.