Alimlər ölüm riskini 70 faiz azaldan məsələni açıqlayıblar

Aktiv cinsi həyat sağlamlığınız üçün faydalıdır. Bu nəticəyə araşdırma aparan bir qrup amerikalı alim gəlib.

Azpost.info bildirir ki, endokrinoloq Zuxra Pavlova nəticələrə diqqət çəkib. O, Telegram-da alimlərin hesabatından sitat gətirdiyi yazı dərc edib.

Mütəxəssislər müntəzəm cinsi əlaqənin ürək-damar sistemi xəstəliklərindən qoruya biləcəyi qənaətinə gəliblər. Həftədə bir dəfədən az cinsi münasibətdə olmaq  ölüm riskiniz 70% artacaq. Depressiyadan əziyyət çəkən insanların cinsi əlaqədə olmadıqları təqdirdə vaxtından əvvəl ölmə ehtimalı aktiv olanlara nisbətən 197% daha yüksəkdir. Bundan əlavə, yaxınlığın olmaması orqanizmdə iltihabın markeri hesab edilən C-reaktiv zülalın səviyyəsini artırır.

Ancaq bu tapıntılar yalnız qadınlara aiddir – kişilər arasında belə əlaqələr müşahidə edilməyib.

Pavlova əlavə edib ki, müntəzəm cinsi münasibət həm də stress səviyyəsini azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, immunitet sistemini gücləndirir və yuxu keyfiyyətini yaxşılaşdırır. Həmçinin idrak funksiyasını yaxşılaşdırır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.