“Almaniya artıq Rusiya qazından asılı deyil”.
Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.
Onun sözlərinə görə, Berlin hazırda digər ölkələrlə yeni qaz tədarükü müqavilələri bağlamaq yolu ilə enerji qiymətlərinin aşağı salınması üzərində işləyir.
Şolts Bundestaqda çıxışı zamanı xatırladıb ki, Avropa İttifaqı qaz istehlakını 15 faiz azaltmaq barədə razılığa gəlib. O, bunu Avropa həmrəyliyinin siqnalı adlandırıb.
“Biz bu asılılıqdan qurtulmuşuq və qışa hazırlıqlı giririk. Enerjiyə qənaət etdiklərinə görə vətəndaşlara təşəkkür edirəm. Biz birlikdə qaz istehlakını iyirmi faiz azaltmağa çalışırıq”, – Şolts deyib.
Almaniya kansleri Avropa İttifaqının qazın qiymətinin məhdudlaşdırılması təklifindən danışıb. Onun fikrincə, belə mexanizm yalnız Aİ-nin üzvü olmayan tərəfdaşlarla əməkdaşlıq şəraitində ola bilər ki, bu, enerji resursları uğrunda rəqabətə gətirib çıxarmasın. Belə ölkələr sırasında o, Cənubi Koreya və Yaponiyanın adını çəkib.
Azpost.info