Almaniya Avropa İttifaqını Rusiya neftindən tam imtina etməyə çağırıb

Avropa İttifaqı Rusiya qazından imtina etmək üçün bir yol tapmalıdır.

Azpost.info Bloomberg-ə istinadən bildirir ki, Almaniya və Çexiya Avropa İttifaqının rəhbərliyinə belə bir müraciət edib.

Qeyd olunur ki, adıçəkilən ölkələrin nümayəndələri Rusiyadan qaz, neft və nüvə yanacağının tədarükündən imtinanın yollarını tapmaq üçün yüksək səviyyəli işçi qrupunun yaradılmasına çağırıblar.

“Bu, enerji suverenliyi və təhlükəsizliyi naminə” zəruridir”, – deyə müraciətdə qeyd olunub. Müraciəti Almaniyanın iqtisadiyyat naziri Robert Habek və Çexiyanın ticarət naziri Yozef Sikela imzalayıb. Sənəd bu il Aİ-də sədrlik edən Belçikanın energetika nazirinə göndərilib.

Bundan əvvəl Aİ 14-cü sanksiyalar paketinə Rusiyanın LNG tədarükünə qadağanın daxil edilməsini müzakirə edib.

Xatırladaq ki, Rusiya Avropaya ABŞ-dan sonra ikinci ən böyük LNG tədarükçüsüdür.

Əvvəlki məqalə

“Ukraynada yeganə legitim hökumət Ali Radadır” –

Sonrakı məqalə

Moskvada Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib –