Almaniya Rusiya qazı ilə bağlı sərt qərar verdi- “Financial Times”

Almaniyada LNG operatorlarına Rusiya təbii maye qazını daşıyan gəmiləri limanlarda qəbul etmək qadağan edilib.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” Almaniya İqtisadiyyat Nazirliyinin qərarına istinadən yazır.

Məhdudiyyət terminal operatorunun Brunsbütteldə Rusiyadan yanacaq yükləmək planları barədə bildirişi fonunda baş verib.

Almaniya İqtisadiyyat Nazirliyi öz qərarını şərh edərkən “dövlət maraqlarının müdafiəsi”nə istinad edib.
Nazirlik bu göstərişin ölkənin üstün maraqlarını qorumaq üçün verildiyini bildirib və operatoru sonrakı xəbərdarlığa qədər Rusiyadan LNG tədarükündən imtina etməyə çağırıb.

Almaniya 2022-ci ilin fevralından bəri Rusiyadan birbaşa maye qaz idxal etmir. Nazirlik Almaniyanın Rusiyadan qaz idxal etmədiyini təsdiqləyib. Bununla belə, SEFE (Securing Energy for Europe) şirkəti hələ də Yamal LNG ilə mavi yanacağın tədarükünə dair etibarlı müqaviləyə malikdir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan lideri Maldiv Prezidenti ilə görüşüb

Sonrakı məqalə

Ağadadaş Ağayev məhkəməyə gəldi –