“Almaniya Trampın sözlərindən şoka düşüb”- “Tagesspiegel”

Almaniyalı siyasətçilər Donald Trampın yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə Alyans qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən NATO ölkələrini müdafiə etməyəcəyi barədə sözlərindən şoka düşüb.

Azpost.info xəbər verir ki, bu barədə “Tagesspiegel” nəşri yazıb.

Almaniya hökumətinin transatlantik əlaqələr üzrə koordinatoru Maykl Link Trampı sərt tənqid edib: “Trampın NATO ölkələrindən birinə hücum olacağı təqdirdə ABŞ-ın müqavilə öhdəlikləri ilə bağlı sözləri onun nə qədər gözlənilməz və etibarsız olduğunu bir daha sübut edir”.

Xristian Demokrat İttifaqının eksperti Norbert Röttgen Almaniyanı Donald Trampın payızda keçiriləcək ABŞ prezident seçkilərində mümkün qələbəsinə hazır olmağa çağırıb.

“Bu, NATO-nu ekzistensial böhrana sürükləyəcək. Trampın fikrincə, kifayət qədər pul ödəməyənlər müdafiəni ala bilməyəcək. Bu, ilk növbədə biz almanlara aiddir. Almaniya başa düşməlidir ki, özümüzü müdafiə etməkdən başqa çarəmiz qalmaya bilər. Biz avropalılar olaraq bunun öhdəsindən gəlməliyik, çünki başqa hər şey Putinə təslim olmaqdır. Avropa müdafiə məhsullarının istehsalını kütləvi şəkildə artırmalıdır”, – Röttgen deyib.

Azpost.info

 

Əvvəlki məqalə

İsveçin məşhur əyləncə parkı yanır

Sonrakı məqalə

Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb