“Almaniya Ukraynanın müttəfiqi deyil” –Almaniyanın müdafiə naziri

“Almaniya Ukraynanın müttəfiqi deyil və heç bir ittifaq çərçivəsində müdaxilə etmək öhdəliyi yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF telekanalına müsahibəsində deyib.

Nazir eyni zamanda bildirib ki, Almaniya Ukraynaya  yardım baxımından ikinci yerdədir və digər müttəfiqləri qabaqlayır.

Nazir vurğulayıb ki, Almaniya mümkün olan hər şeyi edir və bu məsələyə ciddi yanaşır. “Vahid Qərb”in müqavimət göstərmək qabiliyyəti ilə bağlı sualı cavablandıran Pistorius qeyd edib ki, Almaniya Ukraynanın müttəfiqi deyil və buna görə də münaqişəyə müdaxilə etməyə borclu deyil.

O, həmçinin qeyd edib ki, Almaniyanın müdafiə sənayesi bu yardımla bağlı müəyyən sahələrdə təchizat problemləri ilə üzləşir. Nazir mümkün problemlərə baxmayaraq, tədarükün davamlılığına arxalanmağa çağırıb.

Azpost.info

Əvvəlki məqalə

ABŞ-dəkı səfirimiz Dini Azadlıq Komissiyasına subutları təqdim edib

Sonrakı məqalə

Kosmik peyk Misir piramidalarının sirrini açdı