Almaniya Ukraynaya hərbi yardımı ikiqat artıracaq

Almaniya hakimiyyəti bu il Ukraynaya silah alınması üçün 7 milyard avrodan çox vəsait ayıracaq ki, bu da ilkin olaraq planlaşdırılan yardım paketindən təxminən iki dəfə çoxdur.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Bu qərarı Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Co Baydenlə telefon danışığından sonra qəbul edib.

Liderlər Ukraynaya maliyyə, hərbi və humanitar yardımların göstərilməsinin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Ağ Evdən bildiriblər ki, siyasətçilər Kiyevi dəstəkləmək üçün səyləri əlaqələndirməyə davam edəcəklər.

Azpost.info

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.