Almaniya polisi sürətlə insanların üzərinə sürən avtomobilin sürücüsünü saxlayıb. Onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı əsilli olduğu bildirilir.
Bu haqda “Welt” qəzeti hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.
Maqdeburqda insident baş verən yerdə partlayıcı maddələrin axtarışı aparılır.
Hadisə şahidləri avtomobilin məqsədli şəkildə bazara gələnlərə doğru hərəkət etdiyini qeyd ediblər.
Dövlət rəsmiləri hadisəni terror aktı kimi qiymətləndiriblər.
Hadisə nəticəsində 11 nəfər ölüb, 80 nəfərə qədər insan xəsarət alıb.
Alman terrorçunun terrorizm və insan alveri ittihamı ilə Səudiyyə rəsmilərindən gizlənən şəxs olduğu üzə çıxıb.
Taleb Al Abdulmohsen 2006-cı ildə psixiatr kimi təhsil almaq üçün Almaniyaya gəlib və siyasi sığınacaq istəyib. O, vətəni Səudiyyə Ərəbistanında terrorizm, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrindən Aİ-yə insan alveri ilə bağlı ittihamlarla axtarışdadır. Almaniyanın Əbdülmohseni səudiyyəlilərə təhvil verməkdən imtina etdiyi məlum olub.
Şübhəli şəxs X sosial şəbəkəsində Səudiyyə Ərəbistanını qətllərdə və digər cinayətlərdə ittiham edib.