Almaniyada xeyriyyə günləri başlayıb- 6 milyard avro ianə toplanacaq

Almaniyada Miladdan əvvəlki həftələr xeyriyyəçilik vaxtıdır. Hər yerdə çoxsaylı tədbirlər keçirilir, bir çox şəhərlərdə ehtiyacı olanlar üçün bayram süfrələri verilir, müxtəlif fondlara ianələr toplanır.

Azpost.info xəbər verir ki, “Deutscher Fundraising Verband” Mülki Təşəbbüslər Assosiasiyasının proqnozuna əsasən, ölkə sakinlərinin bütün ianələrinin məbləği 5,8 milyard avro təşkil edəcək ki, bu da əvvəlki ilin səviyyəsindən bir qədər azdır.

Xeyriyyə üçün orta hədd təxminən 170 avro olsa da, dekabrın 12-də Almaniyanın t-online portalı tərəfindən verilən qeyri-adi ianənin məbləği bu rəqəmi xeyli üstələyib. Köln şəhərindən olan və adlarının açıqlanmasını istəməyən bir evli cütlük təqaüdçülər üçün Köln Filarmoniyasındakı konsertə 400 biletin pulunu (20 min avro) ianə edib.

Konsert zalı təxminən 2000 nəfərlikdir. Biletlərin yarısı cütlük tərəfindən Almaniyanın xeyriyyə təşkilatları assosiasiyasına bağışlanıb və onlar da öz növbəsində şəhər cəmiyyətlərinə və təqaüdçülər Milad hədiyyəsi almaq imkanını elan ediblər.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.