Almaniya daxili işlər naziri Kliçko ilə bu görüntülərinə görə üzr istədi - FOTOLAR

Almaniyanın daxili işlər naziri Nensi Feser Kiyevdə paytaxt meri Vitali Kliçko ilə çəkdirdiyi fotolara görə üzr istəyib.

Azpost.info xəbər verir ki, bu barədə “Die Welt” qəzeti yazır.

“Bizi səfirlə və Kiyev meri Vitali Kliçko ilə axşam yeməyinə dəvət etdilər və sonda onunla eyni içkini seçdik. Mən bunu bir daha etməzdim. Çünki başqa ölkədən gələndə bu yersiz addım kimi ifadə olunur”, – Feser bildirib.

Nazir əlavə edib ki, həmin anda badə götürmək adi bir fikir kimi görünürdü, çünki Kiyevdə sakit mühit vardı: “İnsanlar alış-verişə gedirlər. Yenidən ictimai yerlərdə güllər əkilir. İnsanlar barlara gedir, kafelərdə oturur, öz işləri ilə məşğul olurlar”.

Qeyd edək ki, bu fotolara görə Almaniyadan olan sosial şəbəkə istifadəçiləri Feseri ikiüzlülükdə ittiham ediblər və bu davranışı qəbuledilməz hesab ediblər. Onların fikrincə, alman məmurlar balkonda spirtli içki içməyə yox, Ukraynada mövcud vəziyyəti, qaçqınlar məsələsini, avadanlıqların tədarükü və tibbi yardımı yerli hakimiyyət orqanları ilə müzakirə etməyə gediblər.

Azpost.info

 

Əvvəlki məqalə

“Arşın mal alan”da oynamaqdan imtina etdim…“Komedixana”ya baxıram” –

Sonrakı məqalə

SSRİ vətəndaşı olan azərbaycanlı hacılar –