Altı ayda “Azəri-Çıraq” yatağından 13 milyon ton neft çıxarılıb –Hansı quyulardan nə qədər “qara qızıl” çıxıb?

“Azəri-Çıraq” yatağından 2019-cu ilin birinci yarısında ümumilikdə 98 milyon bareldən artıq, yəni 13 milyon ton neft çıxarılıb.

Azpost.info bildirir ki, bu barədə BP məlumat yayıb. Məlumatda qeyd olunur ki, AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Birincü yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (42 000), Mərkəzi Azəri (131 000), Qərbi Azəri (120 000), Şərqi Azəri (94 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (60 000) platformalarından birlikdə – gündə orta hesabla 542 400 barel və ya ümumilikdə 98 milyon bareldən artıq, yəni 13 milyon ton olub.

Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Birinci yarım ildə AÇG-də 7 neft hasilat quyusu qazılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə keyfiyyətli qidalanmada  hansı problemlər var? – 

Sonrakı məqalə

İmişlidə avtomobil kanala aşdı –