Altımərtəbli binada yanğın davam edir –Sakinlər təxliyə edilib

Bu gün səhər saatlarından Abşeronda altımərtəbəli yaşayış binasında baş verən yanğın hazırda davam edir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.
Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, yanğınla əlaqədar təhlükəsizlik tədbirləri görülür: “Sakinlərin təxliyəsi aidiyyəti dövlət qurumunun əməkdaşları ilə birgə təmin edilib, polis əməkdaşları tərəfindən vətəndaşların şəxsi əmlakı mühafizəyə götürülüb”.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bununla yanaşı binanın birinci mərtəbəsində yerləşən anbarlardan məhsulların çıxarılması işləri aparılır.
Əvvəlki məqalə

“Sanksiyalara görə Rusiya neftdən sutkada 170 milyon dollar itirir”

Sonrakı məqalə

“Ukraynadakı hərbi uğurlardan danışmağa tələsməyək”