Altıqat çempion idmançıları Rusiyadan getməyə çağırıb- AÇIQLAMA

ÇSKA-nın keçmiş futbolçusu, altıqat Rusiya çempionu Vasili Berezutski rusiyalı idmançıları karyeralarını inkişaf etdirmək üçün xaricə getməyə çağırıb.

Azpost.info xəbər verir ki, o, etiraf edib ki, bu, onların idmançı kimi inkişaf edə biləcəyi yeganə yoldur.

Berezutski əlavə edib ki, bu məsləhət təkcə futbolçulara deyil, bütün Rusiya idmançılarına aiddir.

“Hansı ölkə üçün, hansı bayraq altında olmasının əhəmiyyəti yoxdur. 15, 20 ilini sərf edib, indi deyirlər ki, sən Avropa turnirlərində iştirak edə bilməzsən,onu-bunu edə bilməzsən… Belə bir fürsət varsa, getməlisən”, – Berezutski deyib.

6 qat Rusiya çempionu və çoxsaylı digər titulların qalibi olan 41 yaşlı Berezutski peşəkar karyerasının böyük hissəsini ÇSKA-da keçirib. Futbolçu karyerasını bitirdikdən sonra müxtəlif klublarda məşqçi kimi çalışıb. Hazırda İspaniyada yaşayır.

Azpost.info

Əvvəlki məqalə

Bakı–Ağstafa–Bakı marşrutuna həftə sonları üçün əlavə reyslər təyin edilir

Sonrakı məqalə

Prezident və birinci xanım İsmayıllıya gedib