AMB sədri bu il və gələn ilin inflyasiyası ilə bağlı proqnozlarını açıqlayıb

Hesablamalarımıza görə, 2024-cü ilin sonunda inflyasiya 3,5 faiz təşkil edəcək. 2025-ci ildə isə bu rəqəm 4,2 faiz təşkil edəcəyini gözləyirik.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlamasına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

“Bizim inflyasiyada təklif yüksək amilə malikdir. İnflyasımızın 1,6 faizlik hissəsi tələbdən, 2,6 faizi isə təklifdən formalaşır”, – deyə AMB sədri vurğulayıb.

Əvvəlki məqalə

COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük

Sonrakı məqalə

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu lazımınca nəzərdən keçirilməlidir