AMEA-nın Rəyasət Heyətinin yerləşdiyi binanın fasadındakı yazı sökülür –FOTO

Bakıda “İsmailiyyə” (hazırkı AMEA-nın Rəyasət Heyətinin) binasının fasadında yuxarı hissəsində kirilcə yazılan “Azərbaycan SSR Elmlər Akademiyası” yazısı sökülür.

“Report” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.

Həmin yazının yerində latın qrafikası ilə “Azərbaycan Milli Elmlər Akademiyası” yazılacaq.

Qeyd edək ki, bina Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ATU-nun Klinikasında koronavirus xəstələri üçün yeni oksigen generatoru işə salınıb

Sonrakı məqalə

AZAL Ər-Riyaddan 83 Azərbaycan vətəndaşını ölkəyə qaytarıb