ABŞ Maliyyə Nazirliyinin kəşfiyyat və terrorla mübarizə üzrə müşaviri Brayn Nelson Türkiyəni HƏMAS-a qarşı sanksiyaları dəstəkləməyə inandırmaq üçün Ankaraya səfər edəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl ABŞ hökuməti HƏMAS-a maliyyə xidmətləri göstərən, həmçinin Rusiya şirkətlərinə məhdudiyyətlərdən yayınmaqda köməklik göstərən türk şirkətlərini siyahıya alıb.
Türkiyə indiyə qədər Rusiyaya qarşı BMT-nin tətbiq etdiyi sanksiyalardan başqa heç bir sanksiyanı dəstəkləməyib. Üstəlik Ankara ABŞ və Aİ-dən fərqli olaraq HƏMAS-ı terror təşkilatı kimi tanımır.
Agentlik qeyd edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl HƏMAS üzvlərini Fələstin xalqının azadlığı uğrunda döyüşən dirənişçilər adlandırıb.
Azpost.info