Amnistiya aktı nəticəsində bu günə qədər 1921 nəfər azadlığa buraxılıb

Bu günə qədər amnistiya aktı nəticəsində ümumilikdə 1921 nəfər azadlığa buraxılıb.
Bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.
İdarə rəisi qeyd edib ki, sözügedən rəqəmlər sabit deyil və dinamik şəkildə dəyişir.

“Coğrafi baxımdan Amnistiya Aktı ən çox Bakı şəhərində tətbiq edilir”-deyə Elnur Musayev bildirib.

Onun sözlərinə görə, Zəfər günü münasibətilə Amnistiya aktı qəbul edildikdən sonra aidiyyəti qurumlara tapşırıqlar verildi. Aktın qəbul olunmasından keçən bir ay ərzində bu akt 3676 məhkuma tətbiq edilib.

O bildirib ki, aktın icra edildiyi cəzaçəkmə müəssisələrinin sayı 1506-dır. Bununla yanaşı, məntəqə tipli cəzaçəkmə müəssisələrində, məhkəmələrdə də aktın tətbiq edilməsi təmin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru alimlərin pulunu mənimsəyib –

Sonrakı məqalə

Bu il “Azəri-Çıraq-Günəşli” yatağından 5 milyard dollar gəlir əldə olunub –