Banqladeşin köhnə hökumətinin başçısı Şeyx Hasina rəsmi olaraq istefa verməyib və konstitusiyaya görə, baş nazir olaraq qalır.
Azpost.info xəbər verir ki, bunu onun oğlu Sacib Vazed Coy “Reuters” agentliyinə deyib.
“Anam rəsmi olaraq istefa verməyib. Vaxtı yox idi. O, bəyanat verib istefa verməyi planlaşdırırdı. Lakin sonra etirazçılar baş nazirin iqamətgahına doğru yürüş etməyə başladılar. Anam əşyalarını belə, yığmadı. Konstitusiyaya görə, o, hələ də ölkənin baş naziridir”, – Coy bildirib.
Onun sözlərinə görə, prezident hərbçilər və müxalif siyasətçilələ məsləhətləşmələrdən sonra parlamenti buraxsa da, baş nazirin faktiki rəsmi istefası olmadan müvəqqəti hökumətin qurulmasına məhkəmə yolu ilə etiraz edilə bilər.
Azpost.info