Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Anar Əsədli ötən gün Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.
Olayla bağlı Prime TV-yə açıqlama verən Oqtay Qasımov bildirib ki, Anar Əsədli 2016-cı ildən başlayaraq iş görmək adı ilə ondan külli miqdarda vəsait alıb, ancaq vəsait işə yönəldilməyib:”Anar Əsədli bu pulu mənimsəyib. Pulun qaytarılmasını tələb edəndən sonra müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışıb. Sonda isə pulu ödəməkdən faktiki olaraq imtina edib. Ona dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, nəticəsi olmayıb. Təəssüf ki, Anar Əsədli özü bu yolu seçib. Pulu qaytarmaqdan imtina etdiyinə görə, o cümlədən çoxlu sayda digər şəxslərə də bu və ya digər şəkildə pulla bağlı problem yaratdığına görə 2022-ci ilin oktyabr ayında hüquq-mühafizə orqanlarına müraciət etmişik. DİN tərəfindən kifayət qədər diqqətli araşdırma aparılıb. Prossesin gedişati ilə bağlı mənə daima məlumat verilib. Anar Əsədli vəsaitlərin qaytarılması ilə bağlı heç bir addım atmadığına görə hüquq-mühafizə orqanları ona qarşı həbs qətimkan tədbiri seçiblər”.
Xatırladaq ki, Oqtay Qasımov Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin köməkçisi olub.
Azpost.info