Ançelotti “Real Madrid”də qalmağa qərar verib

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı qərarını verib. Məşhur italiyalı mütəxəssis növbəti mövsümdə də “Real Madrid”i çalışdırmağa davam etmək istəyir.

Bu barədə “Athletic” nəşri məlumat yayıb. Ançelottinin gələcəyini, La Liqa və ya Çempionlar Liqasını qazandığı təqdirdə təmin etməsi gözlənilir.

65 yaşlı mütəxəssisin “Real Madrid”lə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər davam edir.

Əvvəlki xəbərlərə görə, “Real Madrid” klubunun Ançelottinin potensial əvəzləyicisi kimi hazırda “Bayer Leverkuzen”ə rəhbərlik edən Xabi Alonsonu nəzərdən keçirdiyi bildirilmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.