“Ankara İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləməyə tələsmir”- Fuad Oktay

Ankara İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləməyə tələsmir.

Azpost.info xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının rəhbəri Fuad Oktay deyib.

“Tələsmirik, bizim öz prioritetlərimiz var”, – o, “Bloomberg”ə müsahibəsində bildirib.

Oktay qeyd edib ki, məsələnin müzakirəsi 2024-cü ilin əvvəlinə qədər təxirə salına bilər. O, həmçinin bildirib ki, ABŞ İsveçin Alyansa qəbulunu Ankaraya F-16 qırıcı təyyarələrinin satışı ilə əlaqələndirməməlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.