Ankarada Türkiyə və Ukraynanın müdafiə nazirləri Yaşar Gülər və Rüstəm Umerov arasında görüş olub.
Azpost.info xəbər verir ki, bu barədə Umerov sosial şəbəkə hesabında məlumat verib.
“Bu gün Türkiyənin müdafiə naziri Yaşar Gülərlə görüşdüm. Görüş uzun və məhsuldar keçdi. İkitərəfli müdafiə əməkdaşlığına dair bir sıra məsələləri müzakirə etdik. Konkret razılaşmalar və nəticələr əldə etdik. Dəstəyinə görə Türkiyəyə təşəkkür edirəm”, – nazir qeyd edib.
Azpost.info