Apellyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində həbs qərarını dəyişmədi

02 Noyabr 2019 - 19:34

Bu gün Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun barəsində birinci instansiya məhkəməsinin inzibati həbs barədə qərarını qüvvədə saxlayıb.

Bu haqda vəkil Nemət Kərimli məlumat verib.

Tofiq Yaqublu  oktyabrın 19-da Milli Şuranın sanksiyalaşdırılmayan mitinqində iştirak etdiyi üçün, onun barəsində 30 sutka müddətinə inzibati həbs qərarı çıxarılıb.