Apellyasiya Məhkəməsi Əli Əliyevlə bağlı hökmü qüvvədə saxladı

Ötən gün Bakı Apellyasiya Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyevin ittiham hökmündən şikayətinə baxıb.

Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti üzrə böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Adilovun Əliyevdən şikayətini təmin edərək cəzanın müddətini daha bir ay artırıb.

Məhkəmə iddialarına səbəb Əliyevin mətbuatda həmin zabitlərin 30 noyabr 2021-ci il tarixində Sərhəd Xidmətinin Mi-17 vertolyotunun qəzaya uğraması nəticəsində sağ qalmasının mümkünsüz olduğunu və vertolyotun Rusiya tərəfindən vurula bilməsini söyləməsi olub. Ötən ilin noyabrında Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində 14 zabit həlak olub, ikisi sağ qalıb.

Apellyasiya Məhkəməsi  hökmü qüvvədə saxlayıb.

Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verəcək. (Turan)

Əvvəlki məqalə

Şeyxülislam Fransaya səfərə gedir –

Sonrakı məqalə

“Rusiya Ukraynadan yüz minlərlə ton taxıl oğurlayıb”