Aprel ayında ixrac 3,8 milyard dolları təşkil edib

Bu ilin aprel ayı üzrə ixrac 3,8 milyard ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın may nömrəsində bildirilir ki, qeyri-neft sektoru üzrə ixracda artım 22 faiz təşkil etməklə 238,3 milyon ABŞ dolları olub.

Cari ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2 faiz artaraq 51,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 27,2 faiz artaraq 186,9 milyon dollar təşkil edib.

Əvvəlki məqalə

“Güclü külək mayın 8-i gündüzədək davam edəcək” –

Sonrakı məqalə

Abramoviç “Çelsi”ni 4,25 milyarda satdı –