Apreldə vətəndaşlar DSMF-dən 4477 elektron arayış alıblar –

190-ı ünvanlı sosial yardım üçün verilib
17 May 2021 - 10:03

2021-ci ilin aprel ayında DSMF-nin fəaliyyət istiqamətləri üzrə vətəndaşlar tərəfindən 4477 elektron arayış alınıb.

Bu barədə Azpost.info-ya Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən bildiirlib.

Qeyd edilib ki, bu arayışların 1566-sı pensiya, 1015-i müavinət və təqaüd, 1081-i fərdi şəxsi hesab, 190-ı ünvanlı dövlət sosial yardımı, 223-ü torpaq pay mülkiyyətçisi, 230-u sosial sığorta şəhadətnaməsinin nömrəsi, 55-i şəhid ailəsi üzvü, 55-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 27-si sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 30-u əlilliyi olan şəxslərə qulluq, 5-i Milli Qəhrəman ailə üzvü ilə bağlı olub.

Aprel ayında vətəndaşlara 4477 elektron arayış verilib: • pensiya – 1566; • müavinət və təqaüd – 1015; • fərdi şəxsi hesab – 1081; • ünvanlı dövlət sosial yardımı – 190; • torpaq pay mülkiyyətçisi – 223; • sosial sığorta şəhadətnaməsinin nömrəsi – 230; • şəhid ailəsi üzvü – 55; • ünvanlı dövlət sosial yardımı ödənişləri – 55; • sağlamlıq imkanları məhdud uşaqlara qulluq: – 27; • əlilliyi olan şəxslərə qulluq – 30; • Milli Qəhrəman ailə üzvü – 5.