“Aqrar sektora 5,9 milyard manat investisiya qoyulacaq” –Nazir

Özəl sektorun 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrasında özünəməxsus rolu olacaq. Hətta cənab Prezident müşavirədəki çıxışında məhz investorlara və özəl sektora çağırış etdi. Bu, onların nə dərəcədə əhəmiyyətli və proqramın icrasında aparıcı bir qüvvə olduğunu bir daha göstərir.

Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov AZƏRTAC, AzTV və ARB TV-yə məxsusi müsahibəsində söyləyib.

Nazir qeyd edib ki, yeni Dövlət Proqramı çərçivəsində dörd il yarım ərzində aqrar sektora 5,9 milyard manat investisiya cəlb olunması gözlənilir: “Bunun 3,7 milyard manatının özəl sektor tərəfindən, 2,2 milyard manatının isə dövlət tərəfindən yatırılması nəzərdə tutulur. Ümumilikdə, dövlətin buradakı rolu daha çox təşviqedici, administrativ, dəstəkverici, eləcə də müəyyən mənada maliyyələşdirici olacaq. Bu işlərin – investisiyaların qoyulmasının, torpaqların hazırlanmasının, tikintilərin həyata keçirilməsinin, texnikaların, heyvanların gətirilməsinin və fermaların qurulmasının birbaşa özəl sektor tərəfindən icra olunması nəzərdə tutulur. Bu baxımdan əlbəttə ki, özəl sektorun əhəmiyyəti çox böyükdür. Dövlətin investisiya qoyuluşunda verdiyi dəstək ümumi maliyyənin 35-40 faizidir və bu, özlüyündə təşviqedici bir xarakter daşıyır”.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.