AQTA Amerikadan gətirilən toyuqlara qoyulmuş qadağanı ləğv edib

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının İndiana, Texas, Kentukki, Oklahoma, Şimali Karolina, Delaver, Ayova, Missuri, Montana, Nebraska və Merilend ştatlarında qeydə alınmış yüksək patogen quş qripi aradan qaldırılıb.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan ştatlarda bu xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, yüksək patogen quş qripi xəstəliyinə görə adları sadalanan ştatlara tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Əvvəlki məqalə

Azərbaycanla Özbəkistan arasında yol xəritəsi imzalanıb

Sonrakı məqalə

Polis Ramanada əməliyyat keçirdi